10 C
Baku
Thursday, December 12, 2024

3 şirkətin İrandan Azərbaycana idxal etdiyi bibərdə virus aşkarlandı

2021-ci il 26 noyabr tarixində İran İslam Respublikasından “Palen AS” MMC tərəfindən idxal edilən 11 657 kq, 2021-ci il 8-9 dekabr tarixində “Amotrade” MMC tərəfindən idxal olunan 7 500 kq, “Tissot” MMC tərəfindən idxal olunan 7 200 kq bibər məhsulundan Agentliyin mütəxəssisləri tərəfindən götürülən nümunələrin laborator müayinəsi nəticəsində qonur qırışıqlıq virusu aşkar edilib.

Belə ki, AQTA-dan bildirilib ki, Virus aşkarlanan “Amotrade” MMC (7 500 kq) və “Tissot” MMC-yə (7 200 kq) məxsus bibər məhsulu partiyaları məhv edilib. Lakin yuxarıda qeyd edilən “Palen AS” MMC-yə (11657 kq) məxsus bibər məhsulunun saxlandığı anbara Agentlik əməkdaşları tərəfindən məhsulun məhv edilməsi üçün keçirilən təkrar baxış zamanı, iltizamnamənin alınmasına baxmayaraq, yük partiyasının qanunsuz olaraq satıldığı və müvafiq tələblərin yerinə yetirilmədiyi müəyyən edilib.

 

Son xəbərlər
Digər xəbərlər