12 C
Baku
Thursday, November 14, 2024

3 xarici şirkət Azərbaycanda filial açıb

Azərbaycanda 3 şirkət filial açıb.

Banker.az Vergilər Nazirliyinə istinadla xəbər verir ki, hər 3 şirkət 5 mart 2019-cu il tarixində qeydiyyata alınıb.

“Kazova Yapi İnşaat Sanayi ve Diş Ticaret Anonim Şirketi” şirkətinin Azərbaycandakı filialı dövlət qeydiyyatına alınıb. Şirkətin Azərbaycan üzrə qanuni təmsilçisi Almaniya Federativ Respublikasının vətəndaşı Kazova Gökhandır. Filialın hüquqi ünvanı Bakı şəhəri ,Xətai rayonu, Həsən salmani, ev 17, məh. 1160 m.193 ünvanında yerləşir.

Filial açan şirkətlərdən biri isə “Integra construction Kz məhdud məsuliyyətli yoldaşliği” şirkətidir. Bu şirkətin Azərbaycan üzrə qanuni təmsilçisi  Qazaxıstan Respublikasının vətəndaşı Zhamıyev Danıyar-dır. Filialın hüquqi ünvanı  Bakı şəhəri ,Xətai rayonu, Həsən salmani, ev 17, məh. 1160 m.193 ünvanında yerləşir. 

 Dövlət qeydiyyatına alınan 3-cü şirkət isə “Emek Elektrik Endüstrisi Anonim Şirket”idir. Şirkətin Azərbaycan üzrə qanuni təmsilçisi  Türkiyə Respublikasının qanuni vətəndaşı Altunkaynar Gökhan-dır. Filialın hüquqi ünvanı  Bakı şəhəri ,Xətai rayonu, Həsən salmani, ev 17, məh. 1160 m.193 ünvanında yerləşir. 

 

 

 

Son xəbərlər
Digər xəbərlər