9 C
Baku
Friday, December 13, 2024

3 yanacaqdoldurma məntəqəsi özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti hərrac keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrinin 6-sı paytaxtın Səbail, Nizami və Xətai rayonlarında yerləşir. Bu obyektlərin sahəsi 15-80 kv.m. arasında dəyişir. Hərracda 55 min manata özəlləşdirilmiş istehsalat binasının yarımçıq tikilisi Göygöl rayonunda yerləşir. Regionlarda satılan əmlaklar sırasında 3 yanacaqdoldurma məntəqəsi də olub ki, bunlardan biri Şəkidə, digər ikisi isə Tovuzda yerləşir. Bu məntəqələr torpaq sahəsi ilə birlikdə özəlləşdirilib.

Belə hərracların rəqabətli olması da digər diqqətçəkən məqamdır. Müxtəlif tarixlərdə baş tutan bir çox hərraclarda neçə-neçə qeyir-yaşayış sahəsi və ya kiçik dövlət müəssisəsinə, eləcə də səhmdar cəmiyyətləri və nəqliyyat vasitələrinə sifariş sayının çox olması hərracda rəqabətə səbəb olur. Bu isə özəlləşdirmə prosesinə və hərraclara olan marağın və bu prosesdə aktivliyin birbaşa göstəricisidir. Rəqabət isə öz növbəsində əmlakın dəyərini artırmaqla dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına səbəb olur. Bu il isə intensiv özəlləşdirmə prosesində daha da böyük məbləğdə büdcəyə daxilolmalar proqnozlaşdırılır. Çünki ötən il ümumilikdə 352 yeni dövlət müəssisə və obyekti özəlləşməyə açılıb. Bununla bağlı siyahılar komitənin internet informasiya resurslarında həm Azərbaycan, həm də ingilis dilində açıqlanıb. İl ərzində həmin əmlakların da hərrac, investisiya müsabiqəsi və ya digər özəlləşdirmə üsulları ilə dövlətsizləşdirilməsi və büdcəyə milyonlarla vəsaitin köçürülməsi nəzərdə tutulur.

Bu hərraclar təkcə paytaxtı deyil, bütün respublikanı əhatə edir. Yəni, eyni gündə Bakı ilə yanaşı, respublikanın müxtəlif şəhər və rayonlarında da intensiv hərraclar keçirilir. Bu isə respublika üzrə özəlləşdirmə aktivliyinin təmin olunması, regionlarda da əmlakların satışı sayəsində mülkiyyətçi təbəqəsinin artırılması, büdcə yükünün azaldılması deməkdir.

Son xəbərlər
Digər xəbərlər