Business Insider tədqiqatçılardan və milyonçulardan 30 yaşadək hesabda yeddi rəqəmli göstəriciyə nail olmağa dair 11 məsləhət topladı. Müəlliflər bu tövsiyələrin hər bir insanın maddi rifahı üçün faydalı olacağına əmindirlər.
- Diqqətinizi pul qazanmağa yönəldin
“Mənim gəlirim ayda 3 min dollar, 9 il sonra isə 20 min dollar təşkil etdi. Pulunuza nəzarət edin və bu, yeni fürsətləri görməyə kömək edəcəkdir”, – deyə biznes haqqında olan çoxsaylı kitabların müəllifi və milyonçu Grant Kardon bildirir.
- Yeni gəlir mənbələrini inkişaf elətdirin
Müəllif Tomas Korli beş il ərzində zəngin insanların vərdişlərini araşdırdı. Məlum oldu ki, milyonçuların gəlir mənbəyi bir yox, bir neçə dənədir.
Yazıçının qeyd etdiyi kimi, respondentlərin 65%-i üç, 45%-i dörd, 29%-i isə beş və daha artıq gəlir mənbəyinə malikdir.
- Qənaət etmək üçün qənaət etməyin. Yığdığınız pulu sərmayə edin
“Qənaət etməyin yeganə səbəbi sərmayə ola bilər. Pulunuzu etibarlı və toxunulmayan hesablara qoyun. Hətta fövqəladə hallarda belə onlara toxunmayın”, – Kardon məsləhət görür.
Dünyanın ən böyük investorlarından biri olan Uorren Baffett, əmanətlərin 10%-ni qısamüddətli istiqrazlara, 90%-ni isə S&P 500 indeks fondunda qoymağı tövsiyə edir. Əsas odur ki, pul yığmaq prosesi vərdişə çevrilsin.
- İntizamlı və qətiyyətli olun
“Ünsiyyət qurduğum milyarderlər indiyədək qarşıma çıxan ən intizamlı insanlardılar. Onlar özləri və ətrafdakılar üçün yüksək standartlar müəyyən edirlər”, – sahibkarlıq psixologiyası sahəsinin mütəxəssisi Rafael Badziaq qeyd edir. The Billion Dollar Secret kitabını yazmaq üçün müəllif 21 milyarderdən müsahibə aldı.
Zəngin insanların digər şəxsi keyfiyyətlərindən biri də qətiyyətdir. Bu haqda jurnalist və self-help üslubunun yaradıcısı Napoleon Hill yazır. Yazıçı 500 milyonçu arasında tədqiqat apararaq, onların vərdişləri və həyat tərzləri arasındakı oxşarlıqları müəyyən edə bilmişdir.
- Özünüzü göstərmək üçün bahalı əşyalar almağa tələsməyin
“Maliyyə durumum sabit olmayana qədər özümə bahalı saat və maşın almırdım. Uzun müddət idi ki, Toyota Camry sürürdüm. Çalışın özünüzü aldığınız əşyalarla deyil, işə münasibətinizlə tanıdasınız”, – Kardon deyir.
- Pul haqqında fərqli düşünməyə başlayın
“Kütlələr elə düşünürlər ki, zəngin olmaq onların öz əllərində deyil və pul qazanmaq rutin işdir. Unutmayın ki, zənginlik nə düşündüyünüzdən və nəyə inandığınızdan başlayır”.
- Özünüzə sərmayə qoyun
Məsələn, Uorren Baffett gününün 80%-ni oxumağa həsr edir, eyni zamanda sorğulanan milyarderlərin hər biri idmanla məşğul olur.
- Sabit maaşdan imtina edin
“Bu, etibarlı kimi təqdim olunan, lakin çoxları üçün əlverişsiz olan yoldur. Müvəffəqiyyətli insanlar bilirlər ki, var-dövlətə çatmaq üçün ən qısa yol özünüməşğulluqdur. Kütlələr sizə zəmanət vəd edərək, az maaşa işləməyə razı salmağa çalışırlar”, – Zibold hesab edir.
- Qarşınıza məqsədlər qoyun və nailiyyətlərin təsəvvürünü yaradın
“İnsanların əksəriyyəti nə istədiyini bilmir və bu, onların istəklərinə nail dolamalarının əsas səbəblərindən biridir. Zəngin insanlar bilirlər ki, sərvət qazanmaq istəyirlər”, – deyə milyonçu Tomas Harv Eker deyir. Pul haqqında xəyal etmək kifayət deyil, siz qarşınıza konkret məqsəd qoymalısınız və ona nail olmaq üçün plan qurmalısınız.
- Heyran qaldığınız insanlarla ünsiyyət qurun
Əksər hallarda kapitalınız ən yaxın dostlarınızın səviyyəsini əks etdirir. Sizdən daha uğurlu olan insanlarla ünsiyyət qurun ki, kapitalınızı genişləndirə biləsiniz. Milyonçular pul haqqında fərqli düşünürlər və ünsiyyət qurmaqla onlardan çox şey öyrənmək olar”, – Zibold bildirir.
- $1 mln. deyil, $10 mln. hədəfləyin
“Ən böyük maliyyə səhvim geniş düşünməməyim idi. Sizi 1 milyon deyil, 10 milyonu hədəfləməyə çağırıram. Bu planetdə pul çatışmazlığı yoxdur, geniş düşünən insanların çatışmazlığı var”, – Kardon əlavə edir.