29 C
Baku
Sunday, June 26, 2022

30 yaşından sonra uğur qazanmaq şansınız nə qədərdir?

Əgər illər dayanmadan ötürsə və siz hələ də milyon dollarlıq ideya haqqında düşünürsünüzsə, həvəsdən düşməyə dəyməz… Bir çoxları artıq 30 yaşının tamam olması və yaxud yaşının 30-dan çox olması səbəbindən ideyasını hələ də reallaşdırmaması fonunda narahatlıq keçirə və yaxud vəziyyəti daha da qəlizləşdirərək depressiya yaşaya bilər.

Bu isə təbii sürətdə yanlış addımdır. Doğrudur, hazırda sosial mediada 20 yaşlarında gənclərin necə uğura nail olmaları, gənc yaşlarında şirkət sahibi olmaqları haqqında çoxlu sayda məlumat, müsahibə və yaxud sadəcə “hekayələr” mövcuddur. Bu məlumatlar fonunda 20 yaşlarını artıq çoxdan geridə qoyanlar özlərini təminatsız və uğursuz hesab etmələri müəyyən mənada başadüşüləndir.

Kimisi üçün Mark Tsugerberq və digər 20 yaşlarında olan CEO-lar motivasiya qazandıran nümunə rolunu oynaya bilər. Bunun əksinə, bütün bu məlumatlar orta yaş böhranına məruz qalmış şəxslər üçün əllərində olan son ümidlərin də puç olması deməkdir.

Bəs bu zaman nə etmək lazımdı? Təbii ki, etməli olduğunuz ən son şey məyus olmaq və gücdən düşməkdir.

Bilirdinizmi ki?

  • McDonald’s yaradıcısı Rey Krok 52 yaşına qədər kağız stəkanlar və südlü kokteyllər üçün blender satmışdır.
  • Harry Potter-in müəllifi Coan Roulinq isə 31 yaşına qədər tənha analar üçün verilən ianələr hesabına yaşayırdı.
  • Harrison Ford 31 yaşına qədər dülgər işləyib.
  • Zara yardıcısı Amansio Orteqa 30 yaşına qədər köynək mağazasında köməkçi olaraq işləyib.
  • Evan Uilyams 35 yaşında Twitter-in həmtəsisçisi olur.
  • Niklas Zennstrem Skype-ı yaratdıqda 37 yaşı var idi.

  • Ariana Huffington 54 yaşı olarkən Huffington Post-u yaradıb.

Bəzən biz səhv yol seçdiyimizi zənn edərik…

Əslində isə bu sadəcə bizə elə təsir bağışlayır. Unutmayın ki, ideyanızı reallaşdırmaq üçün isə heç kəs deadline təyin etməyib və həyatda olduğunuz hər yeni gün yeni imkan və yeni şans deməkdir! Yetər ki, bu yeni şansı havaya sovurmayasınız!

 

Son xəbərlər
Oxşar xəbərlər