10 C
Baku
Friday, December 13, 2024

2020-ci ildə ən çox tələb olunan avtomobil rəngləri açıqlanıb

Sənaye boya şirkəti olan “Axalta” 2020-ci ildə ən çox tələb olunan avtomobil rənglərini sıralayıb.

Bu barədə “Autoblog” portalı xəbər verir.

Üst-üstə onuncu dəfə ağ rəng siyahıda birinci olub. Statistikaya görə, orta hesabla hər üçüncü avtomobil bu rəngdə istehsal olunur. Beləliklə, ağ digər rəngləri 38 faiz qabaqlayır.

Daha ətraflı

Siyahıda ikinci yerdə qara rəng qərarlaşıb, onun ardınca isə boz və gümüşü rəng gəlir.

Qeyd edək ki, oktyabr ayında ABŞ-da aparılan sorğuya görə, amerikalılar digər millətlərdən daha çox avtomobillərinin rəngləri ilə təcrübə edirlər: onlar üçün ən populyar rəng qırmızı və mavi rənglərdir.

Avropada, Yaponiyada və Cənubi Koreyada sürücülər mavi çalarlara üstünlük verirlər.

Öz növbəsində Hindistan qəhvəyi və bej rəngli avtomobillərin yollarda tez-tez rast gəlindiyi yeganə ölkə hesab olunur.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər