2 C
Baku
Sunday, December 15, 2024

31 bankdan cəmi 4-ü şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərir

Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “Yaşıl dəhliz” bölməsində açıqladığı şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicilərinin siyahısında Azərbaycandakı 31 bankdan cəmi 4-nün adı var.

Bunlar “Accessbank”, “Bank Respublika” və “Ziraat Bank (Azerbaijan)” ASC-lər, eləcə də “Yapı Kredi Bank (Azerbaijan)” QSC-dir.

Sığorta şirkətləri ilə bağlı vəziyyət isə nisbətən yaxşıdır. Belə ki, 20 sığortaçıdan 14-nün adı sözügedən siyahıda var. Bunlar “AXA Mbask”, “A-Qroup Sığorta”, “Atasığorta”, “Atəşgah Həyat Sığorta”, “Atəşgah Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Azsığorta”, “Bakı Sığorta”, “Xalq Sığorta”, “Qala Həyat Sığorta”, “Meqa Sığorta”, “PAŞA Həyat Sığorta”, “PAŞA Sığorta” və “Silkway Insurance” ASC-lərdir. Həmçinin ölkənin yeganə təkrarsığorta şirkəti “AzRe Təkrarsığorta” ASC də şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicisidir.

Siyahıda bank olmayan kredit təşkilatlarından (BOKT) heç birinin adı yoxdur. Yalnız 1 kredit ittifaqının adı həmin siyahıya düşüb. Bu, “Abbas Kredit İttifaqı” MMC-dir.

Bundan başqa, Azərbaycanın maliyyə bazarında fəaliyyət göstərən investisiya şirkətləri və “Bakı Fond Birjası” QSC də şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicisi deyil.

Siyahı ilə http://www.taxes.gov.az/uploads/2017/sheffaf/sh09102017.pdf linki vasitəsilə tanış olmaq olar.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər