22 C
Baku
Thursday, April 25, 2024

33 min əmlaka ilk dəfə “kupça” verildi

2021-ci ilin yanvar-iyun ayları ərzində 144 558 daşınmaz əmlakın dövlət qeydiyyatı aparılıb. Bunun 33 129-u ilkin, 111 429-u isə təkrar qeydiyyatdır.

Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Belə ki, 2021-ci ilin ilk 6 ayı ərzində 7 533 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ilkin olaraq qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 16.6% artıb.

Ümumilikdə isə, ötən ilin ilk 6 ayı ilə müqayisədə cari ilin yanvar-iyun ayları ərzində ölkə üzrə daşınmaz əmlakın təkrar qeydiyyatı 41,9% artaraq 78 508-dən 111 429-a yüksəlib.

Ötən ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin 6 ayı ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı 52,5% artaraq 23 224 olub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər