10 C
Baku
Friday, December 13, 2024

33 mindən çox yeni iş yeri açılıb, maaşlar kəskin artıb

Naxçıvanda 2011-ci ildən 1 iyul 2021-ci il tarixədək 33 min 364 yeni iş yeri açılıb. Açılmış iş yerlərinin 85,4 faizini daimi iş yerləri təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Belə ki, bu dövrdə ümumi açılmış iş yerlərinin 47,2 faizi Naxçıvan şəhərinin, 15 faizi Şərur, 11,2 faizi Babək, 7,1 faizi Ordubad, 9 faizi Culfa, 3,9 faizi Kəngərli, 4,3 faizi Şahbuz, 2,3 faizi Sədərək rayonlarının payına düşüb.

2021-ci ilin yanvar-iyun aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 540,8 manat olub ki, 2011-ci ildə isə bu göstərici 341,4 manat təşkil etmişdir. Belə ki, artım 58.4% olub.

Son xəbərlər
Digər xəbərlər