“Boeing 737 MAX 10” sərnişin təyyarəsi ilk uçuşunu həyata keçirib. Uçuş cümə günü yerli vaxtla səhər saat 10:07-də (Bakı vaxtı ilə 21:07) Vaşinqtonun Sietl şəhəri yaxınlığındakı Renton hava limanından baş tutub.
Bu barədə “Reuters” məlumat yayıb.
Təyyarə 2023-cü ildə tam istifadəyə verilməzdən əvvəl geniş sınaqlardan keçəcək.
Təyyarə Renton hava limanından Vaşinqton ştatındakı Qrant dairə beynəlxalq hava limanına doğru hərəkət edib. Cədvələ əsasən onun enişi saat 12:37-də (Bakı vaxtı ilə 23:37-də) tamamlanıb.