Bu il iyunun 1-nə Azərbaycan banklarının ölkə iqtisadiyyatına kredit qoyuluşu 15 milyard 67.1 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, mayın 1-i ilə müqayisədə 0.5 % çox, ilin əvvəlinə nisbətən 3.3 % çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2% çoxdur.
Kredit qoyuluşunun 11 milyard 819.1 milyon manatı və yaxud 78.4 %-i özəl bankların payına düşüb. Bu, illik müqayisədə 0.3% çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 2 milyard 872.3 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 1% çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 17.4%-dən 19.1%-ə qalxıb.
Mayın sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 375.7 milyon manat olub. Bu isə illik müqayisədə 7.2% azdır. Son 2 ayda BOKT-lərin kredit qoyuluşundakı xüsusi çəkisi isə dəyişməyərək 2.5% təşkil edib.