9 C
Baku
Bazar, Oktyabr 24, 2021

346 nəfərə 90 milyon manat kredit verildi

İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Elektron Kredit Platforması (www.e-edf.gov.az) üzərindən 13 oktyabr tarixinədək kredit-zəmanət mexanizmi çərçivəsində yeni biznes krediti üçün 3000-dək müraciət qeydiyyata alınıb.

Nazirlikdən verilən məlumata görə, artıq 346 müraciət üzrə ümumi həcmi 90 milyon manat olan kreditlərin ayrılması barədə qərarlar qəbul edilib:

“Hazırda digər müraciətlərə baxılır və müəyyən olunmuş müddətdə (sürətli və ənənəvi kreditlər üzrə müvafiq olaraq 7 və 10 iş günü ərzində) nəticələr barədə sahibkarlara platforma vasitəsilə məlumat veriləcək.

Biznes kreditlərinin bu elektron sistem vasitəsilə verilməsi sahibkarlar üçün bir sıra üstünlüklər – biznes kreditləri üçün onlayn rejimdə müraciət, onların müraciətlərinə müvəkkil kredit təşkilatları və İqtisadiyyat Nazirliyində eyni vaxtda baxılması, müraciətlərin statusunun real vaxt rejimində izlənməsi kimi imkanlar yaradır”.

Son xəbərlər
Oxşar xəbərlər