“Gilan FMCG Trade and Distribution” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını azaltdığını elan edir.
Banker.az xəbər verir ki, kreditorlar tələblərini 1 ay müddətində AZ0115, Abşeron rayonu, Hökməli ştq, Şamaxı şosesi, ev 15 ünvanına müraciət etməklə bildirə bilərlər.
Qeyd edək ki, “Gilan FMCG Trade and Distribution” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 35 168 100 manatdır və qanuni təmsilçisi Tural İsayevdir.
Xatırladaq ki, “Gilan Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti 2023-cü ilin ikinci rübündən etibarən “Xəzri Solutions” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılıb. “Xəzri Solutions” Məhdud Məsuliyyətli Cəmiyyəti də ləğv olunduğunu elan etmişdir.