25 C
Baku
Sunday, June 30, 2024

36 milyon dollarlıq fincan

İş adamı 36.6 milyon dolara aldığı Min sülaləsinə məxsus çini fincanla çay içdiyi fotoşəklini sosial şəbəkələrdə paylaşıbÇinli milyonçu Liu Yiqianın bu hərəkəti yerli əhalinin qəzəbəinə səbəb olub.

Məlumata görə, ötən aylarda satışa çıxarılan Çinin Min sülaləsinə məxsus fincan record qiymətə – 36.6 milyon dollara satılmışdı.

Sənət dünyasında “Çin mədəniyyətinin müqəddəs kasası” olaraq qəbul edilən fincanı satın alan iş adamı Liu Yiqian bu hərəkəti ilə ölkədə əsil ajiotaj yaratdı.

İş adamının 36.6 milyon dollarlıq fincandan çay içərkən çəkilən bir fotoşəklini sosial şəbəkədə paylaşması isə ciddi sənət çevrələrini və sadə çinliləri qəzəbləndirib.

Milyonçunun bu hərəkətinə rəy bildirən çinlilər iş adamını ifrat eqoizmdə günahlandırıblar.

Qeyd olunur ki, Liu Yiqian Çinin ən zəngin incəsənət kolleksiyaçılarından biridir və yaxın zamanlarda malik olduğu nadir eksponatların sərgisini təşkil etmək niyyətindədir.

BizimYol

Son xəbərlər
Digər xəbərlər