14 C
Baku
Saturday, April 27, 2024

Energetika Nazirliyində Rusiya İşgüzar missiyası nümayəndə heyəti ilə görüş keçirilib

Energetika Nazirliyində nazir müavini Elnur Soltanov ilə Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin Xarici Ticarət sahəsində Beynəlxalq Əməkdaşlıq və Lisenziyalaşdırma Departamentinin direktoru Roman Çekuşovun rəhbərlik etdiyi Rusiya İşgüzar missiyasının nümayəndə heyəti arasında görüş keçirilib.

Banker.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Görüşdə Azərbaycanda energetika, o cümlədən “yaşıl enerji” sahəsində reallaşdırılan layihələr barədə məlumat verilib. İşğaldan azad olunmuş ərazilərin enerji potensialı, enerji infrastrukturunun bərpası üzrə görülən işlər və planlar qarşı tərəfin diqqətinə çatdırılıb. Rusiya şirkətləri ölkəmizdə enerji layihələrində investor qismində iştiraka dəvət edilib.

Qarşı tərəfdən müvafiq sahələrdə fəaliyyət göstərən Rusiya şirkətləri barədə ümumi məlumat verilərək, ölkəmizdə həyata keçirilən layihələrdə iştiraka maraq ifadə olunub. Bununla əlaqədar olaraq, Azərbaycanda həyata keçiriləcək layihələr və Rusiya şirkətləri barədə ətraflı məlumatların qarşılıqlı mübadiləsi ilə bağlı razılığa gəlinib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər