Milli Hematologiya Mərkəzi dərman və tibbi ləvazimatlara 36,9 milyon manat xərcləyəcək.
Banker.az xəbər verir ki, “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” publik hüquqi şəxsi ilə “Avromed Company” MMC arasında 36 milyon 861 min 414 manat dəyərində müqavilə imzalanıb.
Müqavilə Qanın bədxassəli xəstəlikləri və Talassemiya Dövlət Proqramları çərçivəsində ehtiyac olan dərman preparatları, reaktivlər və tibbi sərfiyyatların satın alınmasını nəzərdə tutur.
Müqavilənin ümumi məbləği 36,86 milyon manat təşkil edir.







