İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Green Block Residence” MMC-ni qeydiyyata alıb.
Banker.az xəbər verir ki, yeni şirkətin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Mirzəyev Mahir Səyyaf oğludur.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov, ev.5C. ünvanıdır.
Qeyd edək ki, Mirzəyev Mahir Səyyaf oğlu 1984-cü il, fevralın 6-sı İmişli şəhərində anadan olub. 2001-2005–ci illərdə AzMİU-nun, Memarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2005-2016-cı ilədək bir sıra nüfuzlu memarlıq şirkətlərində baş memar və direktor vəzifələrini tutub. 2016-cı ildə “M-Arch Group” MMC-ni təsis edib.