Fevralın 24-dən Rusiyanın Ukrayna hərbi müdaxiləsi zamanı azı 79 uşaq həlak olub.
Bu barədə Ukrayna Baş prokurorunun ofisi açıqlama verib.
Bu dövr ərzində 100-ə qədər ukraynalı uşaq isə xəsarət alıb.
Eyni zamanda, 280 məktəbin zərər gördüyü, 9-nun tamamilə dağıldığı vurğulanıb.
Ən çox dağıntı Donetsk, Sumı və Kiyev vilayətlərində qeydə alınıb.