16 C
Baku
Wednesday, May 1, 2024

3D texnologiyası hələ Hitler zamanında yaradılıb

İlk 3D filmlər hələ Hitler Almaniyasında meydana gəlmişdi. Bu kəşfi avstraliyalı nasizm tədqiqatçısı Filipp Mora etmişdir və o Berlin arxivlərində iki 3D lent aşkar etmişdir. Əvvəllər isə hesab edilirdi ki, bu texnologiya 1950-ci illərdə Hollivudda yaradılmışdır.

Filipp Mora artıq 40 ilə yaxındır ki, Hitler Almaniyasının kino incəsənəti tarixini araşdırmaqla məşğul olur. Həmçinin, o “Svastika” adlı sənədli filmin də müəllifidir. Məhz bu filmdə ilk dəfə Hitlerin “ev” görüntüləri göstərilmişdi və bunları Bavariyadakı villalarında olarkən Hitlerin rəfiqəsi Eva Braun çəkmişdi. Hazırda isə o digər bir sənədli film üzərində işləyir və bu filmdə o nasizmin əhali üzərində real təsirlərini araşdırır.

Berlin arxivində araşdırma aparan Mora iki 3D texnologiyası ilə çəkilmiş lent tapmışıdır və məlum olur ki, bu filmlər nazirliyin sifarişi ilə naməlum bir studiyada çəkilmişdir. Lakin daha sonradan bu filmlər məşhurluq qazanmamış və arxivdə unudulmuşdur.

Filmlər 35 mm-lik lent üzərində, iki obyektivin köməkliyi ilə qarşılarında prizma qoyularaq çəkilmişdir. Bu filmlərdən biri “Bu o dərəcədə realdır ki, hətta ona toxunmaq da olar” adlanır. Hər iki filmin davam etmə müddəti 30 dəqiqədir. Filipp Moranın sözlərinə görə bu filmlərin keyfiyyəti möcüzəvi şəkildədir.

Maraqlıdır ki, SSRi-də də həmçinin belə bir texnologiya hazırlanmışdı. 1941-ci ildə ixtiraçı Semen İvanov “Gənclik dünyası” adlı film yaratmışdı. Lakin onun bu filminə baxmaq üçün xüsusi raster ekran tələb olunurdu və təəssüf ki, o dövrdə 3D eynəkləri mövcud deyildi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər