5 C
Baku
Monday, December 23, 2024

4 484 pay torpağı üzərində mülkiyyət hüququ sənədləşdirilib

Pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi davam edir.

Cari ilin fevral ayının 23-dək 10 420 ərizə qəbul olunub, həmin ərizələrə əsasən 4 484 torpaq sahəsi üzərində vətəndaşların mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ərizəsi qəbul edilən digər vətəndaşların mülkiyyət sənədləri qanunvericiliyə uyğun müddətdə təqdim ediləcək.

Banker.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, ümumilikdə, 50 minə yaxın ailənin mülkiyyət sənədləri ilə təmin edilməmiş torpaq paylarının dövlət vəsaiti hesabına sənədləşdirilməsini nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər