10 C
Baku
Wednesday, December 11, 2024

4 “ayaqlı” təqdim edildi – “Hyundai”-n yeni “Elevate” modeli

Koreyalı avtomobil istehsalçısı “Hyundai” 4 təkərli avtomobil əvəzinə 4 “ayaqlı” bir model tanıdıb.

Banker.az xəbər verir ki, “CES 2019” texnologiya məhsulları sərgisində “Hyundai”nin tanıtdığı “gəzən avtomobil” adladırılan “Elevate” modeli maraqla qarşılanıb. Belə ki, modelin 4 “ayağ”ı var ki, bununla da avtomobil həm normal sürülə, həm də yeriyə bilir. 

Şirkətin açıqlamalarına görə, bu model çətin ərazilərə – dağlar, meşələr və ya yerüstü nəqliyyat vasitələrinə əlçatmaz olan digər landşaftlara daxil olmaq üçün nəzərdə tutulub. Model çətin ərazilərə dırmanma üzrə yüksək manevr qabiliyyətinə malikdir. Normal yollarda isə elektrikli avtomobil kimi sürülə bilir.

©Finans.az

Son xəbərlər
Digər xəbərlər