2020-ci ilin yanvar-aprel aylarında Azərbaycandan 43 milyon 324 min dollar dəyərində 7,053 ton fındıq ixrac edilib.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
2019-cu ilin 4 ayı ərzində isə Azərbaycandan 54 milyon 396 min dollar dəyərində 10,022 ton fındıq ixrac edilib. Belə ki, illik müqayisədə fındığın ixracı məbləğ ifadəsində 20,4%, miqdar ifadəsində isə 30% azalıb.