Cari ilin yanvar-aprel aylarında ölkəyə 116 min 548 ton gübrə idxal edilib.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən gübrənin dəyəri 31 milyon 840 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə ölkəyə dəyəri 39 milyon 399 min dollar olmaqla 112 min 775 ton gübrə idxal edilib. Belə ki, gübrə idxalı məbləğ ifadəsində 19,2% azalıb, miqdar ifadəsində isə 3,3% artıb.