Dörd illik fasilədən sonra Moskva-Tbilisi reysini yerinə yetirən Rusiyanın “Azimut” aviaşirkətinin təyyarəsi Vnukovo hava limanından birbaşa uçuş həyata keçirib.
Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Təyyarənin gecikmədən havaya qalxdığı bildirilib.
Təyyarə Gürcüstanın paytaxtına Rusiya Prezidenti Vladimir Putinin iki ölkə arasında hava hərəkətinin bərpası haqqında fərman imzalamasından cəmi 8 gün sonra yola düşüb.
Qeyd edək ki, “Azimut” aviaşirkəti mayın 16-da Gürcüstan dövlətindən Moskva-Tbilisi marşrutu üzrə uçuşlar həyata keçirmək üçün icazə alıb.