8 C
Baku
Friday, December 13, 2024

4 məhşur şirkət “ağıllı ev” sistemlərinin vahid iş standartını yaradacaq

“Amazon”, “Google”, “Apple” və qurğular arasında simsiz rabitənin işlənib hazırlanması ilə məşğul olan “Zigbee Alliance” şirkətləri birlikdə “ağıllı ev” sistemlərinin vahid açıq protokolunu yaradacaq.

Şirkətlərin ortaq layihəsi “Connected Home over IP” adlandırılacaq.

“Layihə istehsalçıların “ağıllı ev” və səsli cihazlarla, məsələn, “Amazon”dan “Alexa”, “Apple”dan “Siri”, “Google”dan “Assistant” və s. kimi yardımçı xidmətlərlə hərtərəfli işləyə biləcək qurğular yaratmasını asanlaşdırmaq məqsədi daşıyır”, – “Apple” şirkətinin yaydığı məlumatda deyilir.

Press-relizdə həmçinin bu cür sistemlərin yeni işləmə standartının açıq və ödənişsiz olacağı vurğulanıb.

Beləliklə, onunla işləmək üçün “ağıllı ev” sistemləri üçün hazırlanmış istənilən cihazdan istifadə etmək olar.

©Report

Son xəbərlər
Digər xəbərlər