4 mlrd. manatlıq məhsul istehsal olunub, 1 mlrd. manatlıq hissəsi ixrac edilib

Qeyri-neft sektorunun inkişafında əlverişli mexanizm olan sənaye zonalarında 2021-ci ilin I yarısında 824 mln. manatlıq – ötən ilin eyni dövrü ilə müqayisədə 38% çox məhsul istehsal edilib.
Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir bildirib ki, 268 mln. manatlıq ixrac həyata keçirilib.
Ümumilikdə, indiyədək sənaye zonalarında 4.2 mlrd manatlıq məhsul istehsal olunub ki, bunun da 1.1 mlrd. manatlıq hissəsi ixrac edilib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.