2023-cü ilin eyni ayları ilə müqayisədə 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın 17 sığorta şirkətindən 4-nin sığorta haqları azalıb, 13-nin isə artıb.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Yığımları ən çox artan “Meqa Həyat Sığorta ” şirkətidir (2.4 dəfə) və ən çox azalan isə “İpək Yolu Sığorta” şirkətidir ( -63%)
Xatırladaq ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 10 dekabr 2024-cü il tarixli qərarı ilə “Bakı Sığorta” ASC-nin sığorta fəaliyyətinə verilmiş 04 sentyabr 2009-cu tarixli, 000251 nömrəli lisenziya ləğv edilib.
Sığortaçının adı | Sığorta haqları, (2024-cü il yanvar-noyabr), min manat | Sığorta haqları, (2023-cü il yanvar-noyabr), min manat | İllik Fərq |
A-Qroup Sığorta Şirkəti | 17,044 | 19,222 | -11% |
AtaSığorta | 9,514 | 8,945 | 6% |
Atəşgah Həyat Sığorta Şirkəti | 80,122 | 62,410 | 28% |
Atəşgah Sığorta Şirkəti | 59,130 | 39,117 | 51% |
Azərbaycan Sənaye Sığorta | 23,317 | 18,330 | 27% |
AzSığorta | 8,347 | 7,799 | 7% |
Bakı Sığorta | 1,538 | 4,644 | -67% |
İpək Yolu Sığorta | 6,090 | 16,302 | -63% |
Meqa Sığorta | 32,397 | 31,033 | 4% |
Paşa Həyat Sığorta | 542,310 | 473,790 | 14% |
Paşa Sığorta | 291,100 | 265,495 | 10% |
Qala Həyat Sığorta Şirkəti | 23,426 | 23,212 | 1% |
Qala Sığorta | 72,998 | 53,630 | 36% |
Xalq Həyat Sığorta Şirkəti | 10,231 | 9,001 | 14% |
Xalq Sığorta | 21,032 | 20,073 | 5% |
Aqrar Sığorta | 12,829 | 15,155 | -15% |
Meqa Həyat Sığorta | 10,741 | 4,407 | 2.4 dəfə |