12 C
Baku
Saturday, November 23, 2024

4 şirkət DİN-dən 12 milyon manatlıq sifariş aldı

DİN-nin Maddi -Texniki Təminat Baş İdarəsi 3 şirkət ilə 12 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki,”Azəri-M” MMC ilə bağlanmış müqavilədə mebel – inventarların satınalınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 2 459 180 manatdır.

“Elmanado” MMC ilə olan müqavilə isə pambıq balış, döşək ağı, balış üzü, səhra maykası, şərf, poliver, səhra kostyumu satınalınmasından ibarətdir. Müqavilənin məbləği isə 6 138 863 manatdır.

“Bakı Tikiş Evi” ASC ilə bağlanmış müqavilədə isə gündəlik geyim forması mont, gündəlik kostym, yay şalvarı və s satınalınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 1 616 276 manatdır.

Creative and İnnovative Soluntions MMC ilə bağlanmış müqavilədə konteynerlərin (Postların) satın alınması nəzərdə tutulur. Bu müqavilənin məbləği 1 540 820 manatdır.

Son xəbərlər
Digər xəbərlər