15 C
Baku
Sunday, November 24, 2024

“40-30-30″qaydası: niyə risk etməyə dəyər

Həvəskar və peşəkar idman növlərində tətbiq olunanan bir sıra strategiyalar həm biznes, həm də şəxsi həyatda tətbiq etmək üçün keçərlidir. Mənim dağı-xizək oyunları sayəsində gəldiyim nəticələrdən biri isə “40-30-30” qaydasıdır. Ən başda, məşqlər zamanı mən mümkün qədər tez hərəkət etməyə və eyni zamanda yıxılmamağa çalışırdım. Mən yoxuşa çıxanda mənim məşqçim mənə izah etdi ki, mən ən vacib olanı anlamamışam. O mənə bildirdi ki, istər dağ-xizək, istər də digər idman növlərinin əksəriyyətində uğurun yalnız 40%-i fiziki hazırlıqdan asılı olur. Digər 60% fiziki səylərlə bağlı deyil. Onların 30%-i texniki bacarıq və səriştədir. Digər 30 isə risk etmək istəyidir.

Əgər söhbət konkret dağ-xizək yarışlarından gedirsə, bu o deməkdir ki, siz kəskin döngələrdə riskə getməli, sıldırımın sərt künclərində balansı qorumalı və xizəyin kənar qıraqlarına böyük təzyiq düşməsindən qaçmamalısınız– bütün bunlar isə yıxılmaq şanslarını daha da artırır. Amma mənin məşqçim mənə izah etdi ki, əgər mən məşq zamanı heç olmasa bir dəfə yıxılmamışamsa, deməli mən lazımı qədər məşq etməmiş və çalışmamışam.

Bəli müəyyən sahədə uğur qazanmaq üçün biz heç olmasa bir müddətlik də olsa özümüzü öz komfort sahəmizdən çıxarmalıyıq. Kulturistlər bunu “ağrılı mərhələ” adlandırırlar. Yalnız siz yeni nəsə sınayanda mübarizə aparıb-öyrənsəniz və sonra yenidən cəhd etsəniz, siz öz nəticələrinizi yaxşılaşdıra bilərsiniz. Bu sadəcə naməlum torpaqların fəth edilməsi prosesinə bənzəyir.

“Uğur qazanmaq üçün biz hansısa bir məqamda özümüzü komfort zonasından itələyib çıxarmalıyıq”.

Biz bu sınağı keçdikdən sonra, öncədən necə zəif olduğumuza təəccüblənməyə bilmirik. Belə bir qorxunun olduğu heç bir şübhə doğurmur. Harvarddan olan psixoloq Deniel Hilbert təsbit etmişdir ki, uğursuzluğun öhdəsindən gəlmək bizə daha asandır, nəinki onu gözləmək. Onun tədqiqatında deyilir: “İnsanlardan adətən işdə hər hansı bir uğursuzluq yaşayacağı və ya yarışda uduzacaqları təqdirdə nə hiss edəcəklərini soruşduqda, onlar adətən keçirəcəyi ağrı hissini şişirdir və situasiyanı olduğundan daha faciəvi təsəvvür edirlər, gözləntilər reallıqdan daha kədərli olur”.

“Başqa sözlərlə biz gələcək uğursuzluq haqqında düşünəndə öz ağrı-əzablarımızın dərinliyini və davam etmə müddətini olduğundan daha yüksək qiymətləndiririk”.

Biz yalnız ö səriştəmizi yüksəltmək və biliklərimizi dərinləşdirmək üzərində fikrimizi cəmləşdirdikdə, ən başlıca uğur hərəkət, təcrübə və risk sayəsində əldə olunur.

Bizim həyat boyu təəssüflük hisslərimiz də bunu əks etdirir. Hilbertin iddia etdiyinə əsasən araşdırmalar göstərir ki, “son nəticədə istənilən yaşda və istənilən peşədən olan insanlar daha çox etmədiklərinə görə məyusluq hissi yaşayırlar, nəinki etdiklərinə görə”.

Amma bəzi peşələrdə, məsələn maliyyə və ya səhiyyə xidmətləri ilə əlaqəsi olan sənətlərdə, özünü növbəti dəfə sığortalamağa dəyər, biz şəxsi yaradıcı inkişafa nail olmaq üçün öz diqqətimizi son 30% üzərində cəmləməliyik. Bizim daxili qadağalarımız bizi qorumaq üçün formalaşıb, amma əksər hallarda onlar bizim həyatımızı məhdudlaşdırır. Çətinlik ondadır ki, öz təbii və zamanla qazandığın keyfiyyətlər arasında tarazlıq yarada biləsən.

Yekun nəticədə, məhz çətinliklərin öhdəsindən gələn insanlar uğursuzluqlara qarşı daha güclü dayanıqlıq qabiliyyətinə malik olur və son olaraq 30% riski mənimsəyərək fəaliyyət sahələrindəki ən böyük nailiyyətləri əldə edirlər.

9143 534988463196556 1031179563 n

Son xəbərlər
Digər xəbərlər