6 C
Baku
Saturday, December 14, 2024

40 milyon manatlıq ipoteka istiqrazları yerləşdirəcək

14 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasında İpoteka və Kredit Zəmanət Fondunun 40 000 000 manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılacaq.

Banker.az bu barədə Fonda istinadən xəbər verir.

Qeyd edək ki, Mərkəzi Bankı tərəfindən Fondun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının Baza emissiya prospekti 19 sentyabr 2022-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 000 000, bir istiqrazın nominal dəyəri 1 000, istiqraz üzrə illik faiz dərəcəsi 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək. Depozitar və Reyestrsaxlayıcı xidmətlər Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

Son xəbərlər
Digər xəbərlər