22 C
Baku
Friday, April 26, 2024

40 ton Azərbaycan kartofunu “zərərverici var” deyib Rusiyaya buraxmadılar

Rusiyanın “Rosselxoznadzor” (kənd təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarət idarəsi) təşkilatının Dağıstan Respublikası üzrə idarəsinin mütəxəssisləri “Yaraq-Qazmalar” avtomobil keçid məntəqəsində Azərbaycandan gətirilən 40 ton kartofu saxlayıblar.

Dağıstan mətbuatına istinadən, mayın 14-də Azərbaycanda iki yük maşınından birinin sürücüsü yükü müşayiət edən sənədləri təqdim edə bilməyib. Mövcud olmayan sənədlərdən fitosanitar sertifikatın adı çəkilir ki, bu da, mənbəyə əsasən, daşınan məhsulun keyfiyyətini və təhlükəsizliyini sübut edən əsas sənəddir.

Digər maşının yükündən laborator analizlərin aparılması üçün nümunələr götürülüb. Analizin nəticələri göstərib ki, kartofda zərərvericilər mövcuddur.

Sənədlərin yoxluğu və zərərvericilərin müəyyənləşdirilməsi üzündən 40 ton kartofun Rusiyanın ərazisinə keçirilməsinə icazə verilməyib. Bundan əlavə, təhlükəli kənd təsərrüfatı məhsullarının ölkə ərazisinə keçirilməsinə cəhdə görə yüklərin sahibləri barəsində inzibati xəta protokolları tərtib olunub.

Virtual Azərbaycan

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər