6 C
Baku
Sunday, December 15, 2024

40 yaşdan yuxarı olanların 8 maliyyə səhvi

20 yaşdan 30 yaşadək siz doğru maliyyə vərdişlərini inkişaf etdirir və maliyyə rifahının təməlini qoyursunuz. 30 yaşından sonra həyatınız dəyişir, ailəniz və uşaqlarınız olur,  karyeranızı qurursuz.

40 yaşdan sonra, uşaqlarınız böyüdükcə, həyat da dəyişəcək, valideynləriniz yaşlanacaq və qayğıya ehtiyacı yaranacaqdır. Bundan əlavə, bu yaşda artıq bir ton boş vaxtınız olmayacaq.

Lakin, 40 yaş – sizin təqaüdə çıxmaq haqqında fikirləşməyə başlamazdan əvvəl pul qazanmaq və ailənizə qayğı göstərmək üçün bir çox imkanlardan ibarətdir.

Aşağıda, yolverilməməli olan tipik səhvlərdən danışacağıq.

  1. Ev seçərkən büdcənizdən kənar çıxmaq

Ailəniz böyüdükcə, yaşadığınız mənzil artıq uğurlu bir variant kimi yaramır. Yəqin ki, yaxşı bir məktəbə yaxın olan başqa rayona köçmək, və ya bütün ailə üzvlərinin rahat olmasını təmin etmək üçün sahəsinə görə daha böyük bir mənzili almaq istəyərsiniz.

Ancaq bu cür variantlar daha çox vəsait, daha yüksək faiz dərəcəsi və daha yüksək ipoteka ödənişlərini tələb edə bilər. Bundan əlavə, daşınmaz əmlak üzrə vergilər, həmçinin mənzillərin saxlanılması və mənzil xidmətlərinin ödənilməsi üçün aylıq xərcləri də unutmamalısız.

Şübhəsiz ki, kirayəyə yaşadığınız mənzildə uzun illər keçirdikdən sonra daha böyük və daha geniş mənzil almaq istəyəcəksiniz. Buna baxmayaraq, burada hər şeyi hesaba almağa və imkanlarınızı əmlak bazarında real vəziyyətlə müqayisə etməyə dəyər.

  1. Uşaqlara çox pul xərcləmə

Əlbəttə , ətrafınızla uyğunlaşmağa və uşağınıza bəzi şeyləri almağa çalışırsız,  axı artıq bütün yoldaşlarınız bunu əldə edib . Repetitorlar, səyahət, brend geyim, idman avadanlıqları və elit bölmələr, yay düşərgələri – siyahını uzun-uzadı davam etmək olar!

Uşağın istəyini rədd etmək çətindir  və bu, təkcə ona görə yox ki, siz, əlbəttə, öz uşaqlarınızı sevirsiniz, həm də ona görə ki, siz ətrafdakıların gözündə pis görünmək istəmirsiniz və çox vaxt valideynlər, sadəcə, ətrafdakıların fikrinə uyğun gəlmək istədiyindən lazımsız şeylər alırlar.

Bu dövr pullarınızı uşaqlarınıza mənasız xərcləməkdən qurtulmaqdan əlavə, qənaət etməyə, həmçinin gələcəkdə uşaqlarınıza rahat olsun deyə onları qənaətə öyrətmək üçün çox münasib vaxtdır.

  1. Uşaqların təhsilini ödədiyinizə görə gələcəyə, xüsusən təqaüdə çıxmaq üçün, qənaət etməmək

Bir çox valideynlər nə olursa-olsun  uşaqlarına təhsil verməyi özünə borc bilir, buna görə də özlərində qənaət edib təqaüdə pul ayırmırlar.

Buna baxmayaraq, bir çox ekspertlər bunu yanlış strategiya hesab edir ,mütləq qaydada nəinki uşaqlara təhsil vermək, ilk növbədə , təqaüdə çıxanda maliyyə baxımından ağır olmasın deyə ,pula qənaət etmək də vacibdir.

Bundan əlavə, ekspertlər hesab edirlər ki, siz təhsil haqqının ödənilməsi üçün kredit götürə bilərsiniz, sonra isə universiteti bitirdikdən sonra, uşaqlar onu ödəyə bilərlər,  halbuki heç kəs təqaüdə çıxmaq üçün sizə borc pul verməyəcək.

Ekspertlərin  həmdə fikrinə görə, övladlarınıza bəxş edə biləcəyiniz ən böyük hədiyyə- hətta pensiyaya çıxandan sonra heç nəyə ehtiyacı olmayan və onlara yük olmayacaq valideynlərinin olmasıdır.

  1. “Qara gün” üçün əmanətin olmaması

Əgər 22 yaşında pul yığmağa başlamısızsa, onda 40 yaşına çatanda artıq kifayət qədər yaxşı kapitalınız olacaq.

Bu pul “qara gün” üçün kapital kimi istifadə oluna bilər. Təsəvvür edin ki, öhdəliyinizdə ipoteka krediti, avtomobil krediti, təhsilini ödəmək məcburiyyətində qaldığınız üç uşaq, üstəlik hər ay dərmanlarına xeyli pul xərclədiyiniz ahıl yaşlı valideynlər ola-ola  işinizi və ya sağlamlığınızı itirmək necə də dəhşətli olardı.

Belə bir vəziyyət üçün yeni bir iş tapana və ya sağlamlığınızı bərpa edənə qədər kiçik bir kapitala sahib olmaq bir müddət ayaq üstündə dayanmağa imkan verəcək.

  1. Kredit dərəcəsini azaltmamaq

Kreditləriniz varsa,  yaxşı kredit reytinqiniz hesabına kredit dərəcəsini azalda bilərsiniz.

Ailə üzvlərinizin sayı artdıqca xərcləriniz də artır,  uğurlu kredit reytinqiniz varsa kredit dərəcəsini öz gəlirlərinizə uyğunlaşdırmaq ağlabatandır.

Bankınızın təklif etdiyi re-maliyyə proqramlarını nəzərdən keçirin. Bəlkə də bu, kreditlər üzrə aylıq ödənişlərin azaldılmasına kömək edəcək.

  1. Vəsiyyətnaməni tərtib etməmək

Sözsüz, heç birimiz pis bir şey düşünmürük. Ancaq gələcəkdə bizi nə gözlədiyini də bilmirik . İşlərimizi əvvəlcədən qaydaya salmaqla ailəmiz üçün xeyir edəcəyik.

İlk növbədə, daşınmaz əmlakla bağlı bütün problemləri həll etmək, varisi təyin etmək lazımdır.

Bundan əlavə, özündən sonra çoxlu ödənilməmiş borcları saxlamamaq üçün kiçik kreditləri vaxtında ödəmək yaxşı olardı.

  1. Boşanma halında pulunuzu qorumamaq

Statistikanın xoşagəlməz rəqəmlərinə  əsasən , bir çox ailələr boşanma ilə üzləşirlər, hətta uzun müddətli nikah dövrü də bundan xilas etməyə bilər.

Boşanma yalnız psixoloji baxımdan deyil, xüsusən də qadınlar üçün maliyyə cəhətdən də çox stressli bir hadisə olur.

Buna görə mütəxəssislər bu məqamı əvvəlcədən düşünməyi məsləhət görürlər. Birincisi, hər ikisi – ər və arvad ailənin maliyyə işlərində və maliyyə planlamasında iştirak etməlidirlər.

İkincisi, boşanma halında öz gəlirlərini saxlamaq üçün, həyat yoldaşları fərqli hesablar və müxtəlif  gəlir mənbələrinə sahib olmalıdırlar.

  1. Valideynlərinizlə maliyyə haqqında danışmamaq

Bu, uşaqlarınız üçün bir vəsiyyətnamə yaratmaq kimi vacibdir. Valideynlərinizin həyatda olmadığı vaxtda, amma təəssüf ki bu istər-istəməz  haçansa baş verəcək, onların maliyyə vəziyyəti barədə məlumatınız olduğunda vaxtında lazımi istiqamət ala biləcəksiniz.

Bundan əlavə, yaşlılar maliyyə məsələlərində çox acizdilər, çünki onların maliyyə planlaşdırmaq və müasir vasitələrdən istifadə etmək imkanları yoxdur.

Bəzən valideynlər övladlarına maliyyə problemləri barədə çox gec xəbər verirlər və onları həll etmək artıq çətin olur. Buna görə bu məsələdə səmimiyyət və dürüstlük yalnız valideynlərinizin deyil, həmdə sizin sinir və enerjinizi qoruyacaq.

 

Son xəbərlər
Digər xəbərlər