Kreml 400-ə yaxın xarici təyyarəni “çətin vəziyyətə salaraq”, Rusiya aviaşirkətləri üçün əksər beynəlxalq uçuşlara qadağa qoyub. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Təyyarələrin qeydiyyata alındığı dövlətlər əsasən Bermud adaları və İrlandiyadır. Rusiya sərnişin daşıyıcılarını yenidən qeydiyyatdan keçməyə çağırıb ki, bu da beynəlxalq aviasiya müqavilələrinə ziddir.
Tezliklə lizinq şirkətləri sığortaçılardan ödənişlər tələb etməyə başlayıb – bir təyyarə üçün 15 milyon dollardan 150 milyon dollara qədər. “Fitch Ratings”in məlumatına görə, iddiaların ümumi məbləği 10 milyard dolları keçə bilər.
Avropa İttifaqının (Aİ) sanksiyaları Rusiyada aviaşirkətlərə orijinal ehtiyat hissələrinin satışını qadağan edir. Bununla da texniki xidmət ilə əlaqəli problemlər təyyarələri satış üçün yararsız hala gətirə bilər.
Xatırladaq ki, daha əvvəl Bermud adalarının rəhbərliyi Rusiya təyyarələrini sənədsiz qoyub. Rusiya hökuməti “uçuşların təhlükəsizliyi ilə bağlı xarici dövlətlər adından bildirilən narahatlıqları” rədd edir.