9 C
Baku
Friday, December 13, 2024

4000 dollar xərcləyib 1 milyon qazanmaq olar?

Necə fikirləşirsiniz, 4000 dollar xərcləyib əvəzində 1 milyon dollar qazanmaq olar? Çoxunuz deyəcəksiniz çətin ki, amma istisna hallarda sadəcə Allah bəndələrinin də başına belə hadisələr gəlir. İstənilən halda Amerikadan olan Steysi və Skott Ferreyra bacı-qardaşı məhz belə bir “sövdələşməni” gerçəkləşdirməyə müvəffəq olublar. Bir il əvvəl onlar onlayn parolların saxlanılması üçün MySocialCloud servisini işə salırlar. 

Beləliklə bir dəfə Steysi «Tvitterdə» Riçard Brensondan məktub gəldiyini görür, məktubda bildirilir ki, onun xeyriyyəçi fonduna 2000 dollar bağışlayacaq şəxslərin hamısı Mayamidə keçiriləcək kokteylə dəvət olunur. Bacı və qardaş valideynlərdən ikisi üçün 4000 dollar borc alır və artıq bir neçə gün sonra onlar Brenson ilə eyni masa arxasında əyləşmişdilər. Onlar birgə söhbətinin nəticəsi proyekt üçün əldə edilmiş bir milyon dollarlıq investisiya olur, vəsaitin əsas hissəsini milyarder Riçard Brenson, qalanını isə Koloradodan olan vençur investor Cerrri Merdok təqdim edir.

Son xəbərlər
Digər xəbərlər