3 C
Baku
Saturday, December 14, 2024

ABŞ iqtisadiyyatının hazırki vəziyyəti haqqında maraqlı nüanslar

Statistika və rəsmi şəxslərin verdiyi məlumata görə Amerika iqtisadiyyatı bərpa olunur, lakin bu həqiqətən də belədirmi? Zerohedge nəşri Amerika iqtisadiyyatı ilə bağlı təqdim etdiyi materialda inkişafda heç bir irəliləyişin olmadığını göstərir:

İnflyasiyaya edilən düzəlişlərlə birgə ABŞ ailəsində orta gəlir 2007-ci ildə son böhranda olduğundan 8% azdır.

Yenə də 2007-ci il ilə müqayisə etsək, ABŞ-da yarım ştat çalışanların sayı 54% artmışdır.

7 milyondan çox amerikalı normal, bütün günlük iş tapmağı arzulayır.

İşsizlərin, yeni iş tapmağa ümidini itirmiş şəxslərin sayı 2007-ci ilin dekabrında olduğundan demək olar ki, 2 dəfə çoxdur.

Kifayət qədər iş yerlərinin olmaması səbəbindən məzun olmuş tələbələr hələ təqribən 2 il də valideynlərinin himayəsində yaşamağa məcbur olur.

Məsələyə alıcılıq qabiliyyəti üzrə yanaşsaq, Çin iqtisadiyyatı ABŞ iqtisadiyyatını geridə qoyur.

Amerika hökumətinin iddialarına görə, ölkənin büdcə kəsri nəzarət altındadır. Lakin bununla belə, dövlət borcu 2014-cü ildə təqribən 1 trilyon dollar artmışdır.

Son xəbərlər
Digər xəbərlər