Prezident Vladimir Putin Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətləri “sanksiya təcavüzü” adlandırıb.
TASS xəbər verir ki, Putin bunu aprelin 25-də Rusiya Baş Prokurorluğunun genişləndirilmiş kollegiya iclasında bildirib.
“Rusiya iqtisadiyyatında yeni reallıqda sabitlik və fasiləsiz işləmək üçün sözsüz bütün imkanlar var”, – V.Putin deyib.
Onun qənaətincə, Qərbin Rusiya cəmiyyətini parçalamaq cəhdi alınmayıb.