Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri keçən il 429 milyon manat və ya 9% artaraq 5 milyard 178 milyon manat təşkil edib.
Banker.az bu barədə Dövlət Sosial Müdafiə Fondundan əldə etdiyi məlumata əsasən xəbər verir ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sosial sığorta daxilolmaları ötən il 3843.4 milyon manat olub ki, bu da əvvəlki ilə nisbətən 290.2 milyon manat və ya 8% çoxdur.
Sosial sosial sığorta daxilolmaları ilə bağlı illik proqnoz büdcə təşkilatları üzrə 104%, qeyri-büdcə sektoru üzrə 113% icra edilib.
DSMF-nin 2021-ci ildəki xərcləri əvvəlki ilə nisbətən 132 milyon manat və ya 3% çox olmaqla, 4843 milyon manat təşkil edib.