16 C
Baku
Sunday, November 3, 2024

43 yaşlı alman Senna hiperkarını aldıqdan bir neçə ssat sonra divara çırpıb

Alman Qrünvald kommunasının 43 yaşlı sakini yeni aldığı McLaren Senna hiperkarını yerli dilerdən götürdükdən bir neçə saat sonra darmadağın edib. Banker.az bu barədə “Autograph” jurnaləna istinadən yazır.

Qəzanın necə baş verdiyi açıqlanmayıb. Çox güman ki, sürücü öz imkanlarını dəqiq qiymətləndirə bilməyib və hiperkar üzərindəki nəzarəti itirib. Hadisə zamanı, sürücünün qüruru istisna olmaqla, heç kim zərər görməyib.

Qəzanın fotoşəklini Instagram sosial şəbəkəsində dərc etmiş joshsnowhorn bu hadisənin McLaren Senna hiperkarı ilə baş verən ilk qəza olduğunu bildirib. Yol nəqliyyat hadisəsindən sonra hiperkar McLaren diler mərkəzinin nümayəndələri təxliyyə ediblər. Avtomobilin qəza anına yürüşü 100 kilometrdən az olub.

Üçqat dünya çempionu əfsanəvi Ayrton Sennanın adını almış McLaren Senna modeli ortamühərrikli quruluşa malikdir. Superkar 800 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı 7-pilləli iki miftalı robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışır. Hiperkar 100 km/saat həddinə 2,8 saniyəyə sürətlənir. McLaren Senna 340 km/saatlıq maksimal sürət həddinə malikdir. Cəmi 500 ədəd McLaren Senna superkarı buraxılacaqdır.

Son xəbərlər
Digər xəbərlər