8 C
Baku
Sunday, November 17, 2024

441.6 min manat sosial ödənişlərin işçilərə ödənilməsi gecikdirilib – Rəsmi açıqlama

Bu ilin 6 ayında 441.6 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilib.

Banker.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, görülən tədbirlər nəticəsində işəgötürənlər həmin vəsaitin işçilərə ödənilməsini təmin edib. Ödənilən vəsaitin 96.8%-i əməkhaqqı, qalan hissəsi sosial müavinətlər və kompensasiyadan ibarət olub.

Həmçinin, yanvar-iyun aylarında 48 işçi ilə əmək müqavilələrinə qanunsuz xitam verildiyi də müəyyən olunub. Görülən tədbirlər nəticəsində həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.

 

Son xəbərlər
Digər xəbərlər