10 C
Baku
Wednesday, November 13, 2024

​Gələn il Azərbaycanda İslam bankı yaradılacaq

Gələn ilin əvvəlində Azərbaycanda ilk müstəqil İslam bankı açıla bilər. “Reuters”ə istinadən xəbərə görə, hazırda ölkə hökuməti (işçi qrupu formatında) yeni bankın yaradılması ilə bağlı qanunvericiliyi nəzərdən keçirir.

Azərbaycan, Qazaxıstan və Tacikistan şəriət qaydaları əsasdında bank yaratmaq istəyən Mərkəzi Asiya ölkələri sirasındadır və onlara mərkəzi ofisi Ciddədə (Səudiyyə Ərəbistanı) yerləşən İslam İnkişaf Bankı dəstək verir.

Azərbaycan Beynəlxalq Bankı nəzdində fəaliyyət göstərən və ötən ilin oktyabrında fəaliyyəti dayandırılan İslam bankçılığı Departamentinin keçmiş rəhbəri və yeni layihə ilə bağlı yaradılan işçi qrupunun üzvü Behnam Qurbanzadə deyib ki, hazırda hökumət İslam İnkişaf Bankı ilə birlikdə qanunvericilik üzərində işləyir.

“Bankın adı qarşıdakı iki ay ərzində açıqlanacaq. Bu gün bazarda uzunmüddətli maliyyələşməyə ehtiyac var və bu, kredit və borcdan fərqli olaraq investisiya və əməkdaşlığa əsaslanmalıdır”, – deyə B.Qurbanzadə əlavə edib.

Report

Son xəbərlər
Digər xəbərlər