13 C
Baku
Bazar, Noyabr 28, 2021

45.5 milyon mobil VPN istifadəçisinin məlumatları oğurlanıb

Mobil VPN xidmətlərindən istifadə edən 45.5 milyon insanın loqin, parol, IP-ünvanı və cihaz identifikatorları internetə sızıb.

Banker.az xəbər verir ki, oğurlanan məlumatların 2017-ci ildən 2021-ci ilə qədər olan dövrü əhatə etdiyi vurğulanır.

Adətən VPN xidmətlərindən bloklanmış saytları ziyarət etmək və öz cihazları haqqında məlumatları qismən gizlətmək üçün istifadə olunur. Verilən məlumata görə, məlumatlar “FreeVPN.org” və “DashVPN.io” xidmətlərindən oğurlanıb.

Xatırladaq ki, daha əvvəl oktyabrın 19-da hakkerlər Argentina hökumətinin bütün vətəndaşlarının şəxsiyyət vəsiqələri haqqında məlumatların yer aldığı bazaya daxil olublar və bu məlumatları satışa çıxarıblar. Nəticədə Argentinanın bütün əhalisinin şəxsiyyət vəsiqələri internetə sızıb.

Son xəbərlər
Oxşar xəbərlər
X