14 C
Baku
Thursday, March 28, 2024

45 günədək faizsiz kredit kartlarını yenidən əldə etmək olar

Bank Respublika ilin əvvəlindən öz müştərilərini sevindirməyə başlayıb. Keçən il məhdudiyyətlə təqdim olunan 45 günlük güzəşt müddətli kredit kartlarını artıq rahat əldə etmək mümkün oldu.

Visa və MasterCard sistemlərinin standart və yüksək klasda olan kartları nağd və qeyri-nağd ödənişlərin aparılması üçün geniş imkanlar yaradacaq. Bank Respublika-dan kredit kartlarını əldən edənlər PayKart bonus sistemindən də faydalanıb partnyor şəbəkəsində 20%-dək cash-back qazanacaqlar.

Plastik kartlar üzrə ayrılan kredit xəttinin faizsiz müddəti əvvəlki kimi 45 gün təşkil edir. Şərtlərə əsasən, müştəri POS əməliyyatlarında (yəni qeyri-nağd) istifadə etdiyi kredit məbləğini növbəti ayın 15-ci gününədək ödəyərsə, bu əməliyyatlar üzrə istifadə olunmuş məğbləğə faiz hesablanmayacaq. Beləliklə, faizsiz kreditin müddəti 45 günədək ola bilər.

Rəsmi gəliri olanlar  plastik kart üzrə kredit xəttini tək şəxsiyyət vəsiqəsi ilə rəsmiləşdirə bilərlər. Gəliri təsdiq edən sənədi bankın filialında elektron arayışla almaq mümkündür. Kreditin rəsmiləşdirilməsi üçün cari iş yerində ən azı 6 ay staj və ən azı 600 manat məvacib (vergilər çıxdıqdan sonra) tələb olunur. Kreditin maksimal məbləği 5 000 manat təşkil edir. Həmçinin, 3000 manata-dək kredit zaminsiz verilə bilər.

Ətraflı məlumat: https://goo.gl/2Zg7ui

Bank Respublika, 25 il Sizə faydalı!

Son xəbərlər
Digər xəbərlər