9 C
Baku
Thursday, December 12, 2024

Neft qiymətləri OPEC ilə bağlı narahatlıqlar fonunda enməyə davam edir

Banker.az xəbər verir ki, dünya üzrə neft qiymətləri bazar ertəsi günü OPEC ölkələri, xüsusən də, Liviya tərəfindən neft hasilatının artmasına görə investorların narahatlıqları fonunda enməyə davam edib.

08:48| Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 0,07$, yəni, 0,15% bahalaşaraq 47,66$-da qərarlaşıb.

Banker.az Bloomberg-ə istinadən xəbər verir k, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,11$, yəni, 0,22% artaraq 50,84$-a təklif olunub.

Treyderlər OPEC ölkələri tərəfindən xam məhsul hasilatının yüksək həcminə görə narahatdırlar. Beynəlxalq Energetika Agentliyinin (BEA) avqust ayına olan hesabatına əsasən, OPEC iyun ayı ilə müqayisədə neft hasilatını iyul ayında 1 gündə 230 min barrel artıraraq 2017-ci ilin maksimum göstəricisinə, yəni sutkalıq 32,84 milyon barrel həddinə nail olub.

Həmçinin hesabatda qeyd edilir ki, OPEC ölkələrində neft hasilatının təqribən 70%-i Liviya və Nigeriyanın payına düşür.

 

Son xəbərlər
Digər xəbərlər