13 C
Baku
Friday, May 10, 2024

Lamborghini avtomobillərinə niyə ispan adları verilir?

Yəqin ki, bir çox avtomobil həvəskarları özlərinə bellə sual veriblər, nəyə görə Lamborghini kimi italyan brendi öz modellərindən bəzilərinə açıq-aydın ispan adları verir, xüsusən də həmin adların İspaniyada keçirilən “Öküz döyüşləri” ilə bağlı olması xüsusi diqqət çəkir. Bu sırada Miura və İslero kimi modellərin adını qeyd etmək olar. Lakin, heç şübhəsiz ki, Lamborghini Venono oxuculara daha yaşı tanışdır. 

Kompaniyanın digər avtomobilləri kimi, bu avtomobil də öz adını aqressiv döyüş öküzünün adından alıb, Venono adlı öküz 1914-cü ildə Samlukar-de Barrameda şəhərində keçirilən korridada məşhur toreador Xose Sançes Rodriqesi öldürmüşdür. Bundan əlavə Venono ispan dilindən tərcümədə “zəhər” deməkdir.

1333703269 12345

Bunun əsas səbəbi isə brendin yaradıcısı olan Ferrucio Lamborghininin ispan öküz döyüşlərinə (tauromaquia) və İspaniyaya olan sevgisi və marağı idi. Onun sevgisi o qədər güclü idi ki, brendin simvolu kimi “qızışmaqda olan öküz” seçilmişdir və bu simvol bu günə qədər qalmaqda davam edir. Bu səbəbdəndir ki, əksər idman modelləri İspaniya öküz döyüşlərinin məşhur obrazlarının adını daşıyır.

Bu siyahıda sizə mövcud ənənəni əks etdirən avtomobillərin adlarını və onların yaranma tarixini göstərmək istərdim.

 LAMBORGHINI MİURA

lamb1

Öküz adlarını qəbul etmək ənənəsi məhz Lamborghini Miura ilə başlayır, o, həmçinin markanın mühərriki arxa tərəfdə yerləşən ilk avtomobili idi.

LAMBORGHINI ISLERO

lamb2

İslero daha çox Manolete ləqəbi ilə tanınan və tarixin ən məşhur toreadoru hesab edilən Manuel Rodriqesin həyatına son qoymuş öküzün adı idi.

LAMBORGHINI ESPADA

lamb3

Söhbət matadorun öz işini başa çatdırmaq üçün istifadə etdiyi silahdan (qılıncdan) gedir.

LAMBORGHINI JARAMA

lamb4

Wikipedia saytında bunu daha çox Xarama çayı ətrafında formalaşan öküz döyüşləri ənənəsi ilə izah edirlər. Mənim şəxsi fikrimcə isə bu, 20-ci ərsin əvvəllərində Kolmenar Viexo y Aranxuez ərazisindəki qorxulu Xarama öküzünün qazandığı söhrət ilə bağlıdır.

LAMBORGHINI MURCIELAGO

lamb5

Murcielago Miura fermasının öküzü idi, 1879-cu ildə bu öküzü cəsarətinə və sədaqətinə görə toreador Laqartijo tərəfindən bağışlanıb. 24 qılınc zərbəsinə baxmayaraq, öküz hələ də ölümə müqavimət göstərirdi, buna görə də o tamaşaçıların yekdil qərarı ilə əfv edilir.

LAMBORGHINI URRACO

lamb6

Urrako –adı ona işarədir ki, ağ-qara öküzlərə sağsağan deyirlər.

LAMBORGHINI DIABLO

lamb7

Diablo olduqca sərt, erkək bir öküzün adı idi, o Veragua hersoqlarının öküz sürüsünə aid idi. Bu öküz 1869-cu il, 11 iyulda Madriddə toreador Çikorro ilə mübarizə aparıb. Həmin döyüşdəki aqressivlik bu günə qədər yaddan çıxmayıb.

LAMBORGHINI GALLARDO

lamb8

Gallardo 18-ci əsrin əvvəllərində Əndəlus inəkləri ilə Navarra kəllərinin cütləşməsi nəticəsində əmələ gələn yeni öküz cinsinin adı idi.

Ola bilsin ki, bu tam siyahı deyil və ola bilsin izahatların bəzilərində dəqiqlik çatışmır. Lamborghini-də bu ənənəyə sadiq qalmayan avtomobillər də vardır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər