33 C
Baku
Monday, June 17, 2024

Meymunlarla eksperiment: bir cəmiyyətin yaranması

Təcrübə 1:

Qəfəs: İçərisində 5 meymun var. Qəfəsin tavanından isə bananlar asılıb, altında isə pilləkən var. Acan meymunlardan biri bananları əldə etmək məqsədilə pilləkənə yaxınlaşır. Meymun pilləkənə toxunan kimi kran açılır və bütün meymunlar soyuq su ilə sulanır.

Bir az vaxt keçdikdən sonra digər meymun da banan yemək istəyir və bütün meymunlar eynilə buzlu su ilə sulanırlar. Aclığa dözə bilməyən üçüncü meymun da bananlardan götürmək istəyir, lakin soyuq su ilə islanmaq istəməyən digər meymunlar onu tutaraq mane olurlar. Daha sonra meymunlardan biri qəfəsdən çıxarılır və yerinə başqa bir meymun gətirilir. Bananları görən təzə meymun dərhal onları götürmək istəyir, lakin bu zaman o onu əhatə edən digər qəzəbli meymunları görür.

Üçüncü cəhddən sonra o başa düşür ki, ona banan yemək qismət olmayacaq.

Daha sonra qəfəsdə əvvəldən bəri olan meymunlardan biri də başqa bir meymunla əvəzlənir. Bu yeni gətirilən meymun da pilləkənlərə çıxaraq bananları götürmək istədikdə digərləri, həmçinin ondan əvvəl gətirilən meymun da ona hücum edir. Qeyd edək ki, o soyuq su ilə sulanmayıb.

Beləliklə, daimi olaraq qəfəsdəki meymunları əvəzləyərək siz bu nəticəyə gələ bilərsiniz: qəfəsdə ümumiyyətlə soyuq su ilə sulanmamış meymunlar qalsalar da onlar yeni gələnlərə bananları götürməyə imkan vermirdilər.

Təcrübə 2:

Boş bir otağa 5 şimpanze salınır. Otağın ortasında pilləkən var və yuxarıdan bananlar asılıb. Birinci meymun bananları gördükdə bananları götürüb yemək üçün pilləkənə yaxınlaşır. Lakin o pilləkənə yaxınlaşan kimi yuxarıdan üzərinə buzlu su tökülür və onu aşağı yıxır. Digər meymunlar da pilləkənlə çıxaraq bananları götürməyə cəhd edirlər. Lakin onların hamısının üzərinə buzlu su tökülərək onları aşağı yıxır. Bundan sonra onlar banan əldə etmək cəhdlərindən imtina edirlər.

Su dayandırılır və islanmış meymunlardan biri başqa bir yeni meymunla əvəz olunur. Yeni meymun gələn kimi digər meymunlar ona pilləkənə çıxmağa mane olurlar. Bu meymun nə baş verdiyini anlamır və ona mane olan meymunlarla dalaşmağa başlayır. Lakin bu heç bir nəticə vermir.

Daha sonra yaş meymunlardan biri də quru bir meymunla əvəzlənir. Bu yeni meymun gələn kimi az öncə döyülən meymun onun üstünə atılaraq döyməyə başlayır. Bu meymun elə düşünür ki, yeni gələnləri məhz belə qarşılamaq lazımdır. Yeni gələn meymun bananları və pilləkəni hələ görməmişdi belə.

Daha sonra üçüncü, dördüncü və beşinci islanmış meymunlar da quru meymunlarla əvəz olunur. Hər dəfə yeni meymun gətirildikdə digərləri onun üzərinə atılıb döyürlər.

Son mərhələdə banan və pilləkən əvvəl olduğu kimi otağın mərkəzindədir. Lakin 5 quru meymun davanın nəticəsindən çox yorğundurlar və meyvə haqqında heç düşünmürlər də. Onlar yalnızca qapıya nəzarət edirlər və döymək üçün yeni meymunun gəlməyini gözləyirlər. Bu niyə belə olur? Çünki onlarda artıq bu belə qəbul olunub və onlar elə hesab edirlər ki, hər gələn yeni meymunu döymək lazımdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər