26 C
Baku
Saturday, July 27, 2024

4,8 milyon dollar dəyərində Bitcoinlərini təsadüfən zibilə atdı

Avstraliyalı jurnalist Campbell Simpson 2010-cu ildə 25 dollara 1400 Bitcoin rəqəmsal valyutası alır. Tezliklə o Bitcoinlərin olduğu sərt diski atır və bu haqda unudur. Bu gün o həmin rəqəmsal valyuta ilə təqribən 4,8 milyon ABŞ dolları qazana bilərdi.

Banker.az xəbər verir ki, o öz tarixçəsini Gizmodo saytına danışıb.

2010-cu ildə 1 Bitcoinin dəyəri 1,2-1,5 sent idi. Campbell Simpson bu sahə üzrə ixtisaslaşmış saytların birindən 25 dollara 1400 Bitcoin əldə edir. O bu Bitcoinləri musiqi, şəkil və digər vacib faylların olduğu sərt diskə köçürür.

Tezliklə Campbell başqa şəhərə köçməli olur və lazımsız əşyalardan qurtulmağı düşünür, həmçinin bu köhnə sərt diskdən də. Onun sğzlərinə görə o bütün vacib məlumatları kompüterə köçürür və bir neçə yeni model sərt diskə sahib olduğundan köhnəsini atmağa qərar verir.

Campbell bir neçə aydan sonra xatırlayır ki, bu diskdə həmçinin onun Bitcoinləri də var idi. Bu zaman artıq onların dəyəri 4000 dollara çatmışdı və 1 “qəpik” 2,50 sentə satılırdı.

Son zamanlarda Bitcoin valyutasının dəyərinin gözlənilmədən artması səbəbindən Campbell Simpson onları itirməsəydi nə qədər qazana biləcəyini hesablamağa qərar verdi. Onun sözlərinə görə bu məbləğ sözün əsl mənasına onu heyrətləndirib. Belə ki, o hazırda 4,8 milyon dollara sahib ola bilərdi.

 

Son xəbərlər
Digər xəbərlər