“48 saat içərisində yeni sanksiyalar tətbiq olunucaq” – ABŞ və İran arasında gərginlik yenidən artır

0

ABŞ prezidenti Donald Tramp 48 saat içərisində İrana yeni sanksiyalar tətbiq edəcəklərini bildirib.

Jurnalistlərin suallarını cavablayan ABŞ prezidenti “Nə olacağını birlikdə görəcəyik” deyib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

D.Tramp Los-Anceles Beynəlxalq Hava Limanında yeni Milli Təhlükəsizlik Müşaviri Robert O’Brienlə birlikdə çıxış edib.

Donald Tramp jurnalistlərin İranla bağlı suallarına bu cür cavab verib: “İrana çox önəmli sanksiyalar tətbiq olunacaq. Bunu da 48 saat içərisində bütün dünyaya elan edəcəyik. İranla müharibə etmək ən sonuncu seçimdir. Hazırda önümüzdə başqa seçimlər var. Əgər bir şey etməmiz lazım gələrsə bunu tərəddüdsüz edərik. Ümumi olaraq nələr olacağını birlikdə görəcəyik”.

Qeyd edək ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının Abkayk və Xurays bölgələrində “Saudi Aramco” dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin “Ənsar Allah” hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz uçuş təyyarəsi ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavoda güclü yanğın nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb. Bu da şirkətin hasilatının 50 faizinə bərabərdir. Ərəb koalisiyası Səudiyyə Ərəbistanının neft emalı zavodlarına hücum zamanı istifadə edilən silahların İrana aid olduğunu bəyan edib. ABŞ da hücuma görə İranı ittiham edib.

Musavat.com

 

©Yeni Müsavat