17 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Azərbaycan xaricdən kərə yağı idxalını kəskin artırıb – 1 ayda 2 min ton

Screen Shot 2021 09 02 at 14.34.20

2020-ci ilin yanvar-may ayında Azərbaycana xaricdən 35 milyon 863 min dollar dəyərində 7 min 198 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin 5 ayı ilə müqayisədə kərə yağı idxalı dəyər ifadəsində 8 milyon 703 min dollar və ya 32%, miqdar ifadəsində isə 1 min 763 ton və ya 32,4% artıb.

2019-cu ilin yanvar-may ayında  xaricdən Azərbaycana 27 milyon 160 min dollar dəyərində 5 min 435 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdi.

Onu da qeyd edək ki, cari ilin yanvar-aprel ayında isə 26 milyon 761 min dollar dəyərində 5 min 353 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdir. Belə ki, bir ayda 1 min 845 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər