2020-ci ilin yanvar-may ayında Azərbaycana xaricdən 35 milyon 863 min dollar dəyərində 7 min 198 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin 5 ayı ilə müqayisədə kərə yağı idxalı dəyər ifadəsində 8 milyon 703 min dollar və ya 32%, miqdar ifadəsində isə 1 min 763 ton və ya 32,4% artıb.
2019-cu ilin yanvar-may ayında xaricdən Azərbaycana 27 milyon 160 min dollar dəyərində 5 min 435 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdi.
Onu da qeyd edək ki, cari ilin yanvar-aprel ayında isə 26 milyon 761 min dollar dəyərində 5 min 353 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdir. Belə ki, bir ayda 1 min 845 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.