Bakının daha dörd rayonuna yeni prokuror təyin olunub.
Bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsinin rəisi Rəşid Mahmudov tutduğu vəzifədən azad olunaraq, Suraxanı rayon prokuroru vəzifəsinə təyin edilib.
Bundan başqa Qax rayon prokuroru Hidayət Nurəlibəyov tutduğu vəzifədən azad edilərək, Nərimanov rayon prokuroru vəzifəsinə təyinat alıb.
Baş prokuror Kamran Əliyevin imzaladığı digər əmrlər Baş Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi Həsən Hənifəyev tutduğu vəzifədən azad edilərək Nəsimi rayon prokuroru təyin edilib.
Bundan başqa, Baş prokurorun imzaladığı digər əmrlə Namiq Muradov Quba rayon prokuroru vəzifəsinə təyinat alıb.